azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreya məhkəməsi prezidentin taleyinə aydınlıq gətirəcək

01-04-2025

Cənubi Koreya məhkəməsi prezidentin taleyinə aydınlıq gətirəcək


Koreya Respublikasının Konstitusiya Məhkəməsi aprelin 4-də prezident Yun Sok Yolun işi ilə bağlı qərar çıxaracaq.

“New York Times” qəzetinin məlumatına görə, məhkəmənin hökmü siyasətçinin vəzifədən birdəfəlik uzaqlaşdırılacağına və ya hakimiyyətə qaytarılacağına aydınlıq gətirəcək. Yun Sok Yolun vəzifədən kənarlaşdırılması üçün səkkiz hakimdən azı altısının razılığı tələb olunur, əks halda o, səlahiyyətlərini bərpa edəcək.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək respublikada hərbi vəziyyət rejimi elan etmişdi. Daha sonra Cənubi Koreya prokurorluğu onu qiyamda ittiham edərək vəzifədən kənarlaşdırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930