azturkxeber.az
http://azturkxeber.az

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

25-03-2025

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək


Bu gün Belarus Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçiriləcək.

1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında – Təntənəli mərasimlər salonunda keçiriləcək.

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinə aşağıdakı məzmunda and içəcək: “Belarus Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayaraq ölkənin xalqına sədaqətlə xidmət edəcəyimə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşılacağıma və müdafiə edəcəyimə, Belarus Konstitusiyasına riayət və onu müdafiə etməyə, üzərimə düşən yüksək vəzifələri müqəddəs tutaraq vicdanla yerinə yetirməyə təntənəli surətdə and içirəm”.

Prezidentin andiçmə mərasimindən sonra Müstəqillik Sarayının yanında yerləşən Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların Belarus xalqına və Prezidentinə andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31