Ötən iki gündə 46 kiloqramdan artıq narkotik vasitə aşkar olunub
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 16-da ümumi çəkisi 46,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,1 kiloqramdan artıq heroin, 38,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqram tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 478 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: