Türkiyə və yaxın ətrafında son iki ildə təxminən 110 min yeraltı təkan qeydə alınıb
Türkiyədə 2023-cü ildə fevralın 6-da baş verən zəlzələlərdən sonra ölkə ərazisi və yaxın ətrafında təxminən 110 min yeraltı təkan qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın sosial media hesabında Türkiyə və yaxın ətrafında 2023-2025-ci illərin 6 fevral tarixləri arasındakı seysmik aktivliyi göstərən videoçarx paylaşılıb. Paylaşımda Türkiyədə hər 3 ildən bir 6 bal gücündə, hər 5 ildən bir 6-dan yuxarı, hər 10 ildən bir isə 7 bal gücündə və daha şiddətli zəlzələnin baş verdiyi deyilir. Bildirilib ki, AFAD tərəfindən hər il orta hesabla 24 min zəlzələ qeydə alınır. Bu rəqəm 2023-cü il fevralın 6-da baş verən əsrin fəlakətindən bu günə qədər 110 minə yaxınlaşıb.