azturkxeber.az
http://azturkxeber.az

Belarus tikinti təşkilatlarının Azərbaycandakı layihələrdə iştirakının perspektivləri müzakirə edilib

06-03-2025

Belarus tikinti təşkilatlarının Azərbaycandakı layihələrdə iştirakının perspektivləri müzakirə edilib


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüşüb.

Tərəflər birgə layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Belarusun tikinti təşkilatlarının layihələrdə iştirakının formatı və perspektivlərinə xüsusi diqqət ayrılıb. Həmçinin yüksək səviyyədə əldə edilmiş ikitərəfli razılaşmaların icrası da müzakirə edilib.

2024-cü ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Belarus-Azərbaycan əməkdaşlığı, o cümlədən birgə layihələrin icrası geniş müzakirə edilib.

Belarus ilə Azərbaycan arasında diplomatik münasibətlər 1993-cü il iyunun 11-də qurulub. Bu müddət ərzində açıq dialoq, etimad, dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında möhkəm ənənələr formalaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31