İngiltərə Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, həddindən artıq soyuq hava dalğası bir çox bölgədə güclü qar yağmasına səbəb olub, güclü yağış və əriyən qar suları səbəbiylə onlarla daşqın xəbərdarlığı edilib.
İngiltərənin şərq və şimal-qərbində, Şotlandiyanın şimalında və Şimali İrlandiyada qar və buz xəbərdarlığı sabah yerli vaxtla saat 10:00-dək qüvvədə olacaq. İngiltərənin cənub-qərbi və Uelsin bəzi hissələrini əhatə edən buz xəbərdarlığı sabah yerli vaxtla saat 03.00-də başlayacaq və saat 11.00-ə qədər davam edəcək.
Səlahiyyətlilər xəbərdarlıqların edildiyi ərazilərdə avtomobil və dəmir yolu nəqliyyatında aksamalar ola biləcəyi üçün vətəndaşları diqqətli olmağa çağırıb. Bundan əlavə, havanın aşağı temperaturu səbəbindən buzlanma riski olan yollarda əlavə ehtiyat tədbirlərinin görülməsi lazım olduğu bildirilib.
Mançester Hava Limanı iki uçuş-enmə zolağını yenidən açıb, lakin hava limanı rəsmiləri bəzi reyslərdə gecikmələrin davam edə biləcəyini açıqlayıb.
İngiltərə və Şotlandiyanın şərqində buzlanma və soyuq hava şəraitinin gələn bazar ertəsinə qədər təsirli olacağı gözlənilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Proqnoz: Sabah qar yağacaq
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb