Yunanıstanda uşaqların internet və sosial mediadan istifadəsini tənzimləyəcək yeni hökumət proqramı açıqlanıb.
“Uşaqların internet asılılığından qorunması” adlı tədbirdə Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis hökumətin uşaqların internet və sosial media istifadəsini tənzimləmək üçün üzərində çalışdığı yeni proqram haqqında məlumat verib.
Mitsotakis sosial media və internet asılılığı olan uşaqların dünya ilə əlaqəsinin kəsildiyinə diqqət çəkərək fikirlərini belə əsaslandırıb:
"Bu proses zamanı bir çox uşaq və yeniyetmələrin ciddi psixoloji problemlərinin olduğunu anlayırıq. Qızlarda müxtəlif, oğlanlarda isə fərqli problemlər yaranır. Depressiya, sosial izolyasiya, diqqət çatışmazlığı kimi problemlər pedaqoqlarımızın bizə çatdırdığı ən çox rast gəlinən problemlərdəndir.”
Mitsotakis sosial medianın qadağan edilməsinin nəticə verəcəyi ilə bağlı tərəddüdləri olduğunu bildirərək, hökumətin təklif etdiyi proqramın sosial medianın reallığı ilə uyğunlaşacağını bildirib.
Proqramın məzmunu ilə bağlı təfərrüatları paylaşan Mitsotakis uşaqların beyin strukturlarının inkişaf etdiyi üçün psixologiyasının qorunmasının zəruriliyinə diqqət çəkib.
Sözügedən hökumət proqramı üç əsas istiqamətdən ibarətdir: valideyn nəzarətinin artırılması, internet və sosial mediadan istifadədə uşağın yaşının dəqiqləşdirilməsi və rəqəmsal platformalarla əməkdaşlıq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclası keçirilib