Albaniyanın baş naziri Edi Rama NATO-nun 2027-ci il sammitinin paytaxt Tiranada keçiriləcəyini açıqlayıb.
Mətbuata açıqlama verən Rama bir çox mövzu ilə yanaşı, ölkəsinin təşkil edəcəyi zirvə və beynəlxalq toplantılarla bağlı açıqlamalar verib.
Albaniyanın beynəlxalq səviyyədə hörmət edilən bir ölkə olduğunu bildirən Rama ölkəsinin 16 may 2025-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcəyini xatırladıb.
Rama "Daha inanılmazı odur ki, 2027-ci ildə Tiranada NATO zirvəsinə ev sahibliyi edəcəyik. Bu barədə NATO ilə işə başlamışıq"-deyib.
Baş nazir Albaniyada keçirilməsi planlaşdırılan NATO sammitində ABŞ prezidentinin və bütün NATO liderlərinin Tiranaya gəlişinin həm də Albaniyanın beynəlxalq arenada yeni siyasi mövqeyi ilə bağlı hər kəsə açıq bir mesaj olduğunu xatırladıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib YENİLƏNİB-7
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”