Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət ediblər.
azturkxeber.az xəbər verir ki, ziyarət zamanı müəssisə sakinləri öz məharətlərini göstərib, hazırladıqları səhnəciyi, milli və xarici ölkələrin, cümlədən vətənpərvərlik ruhunda bir-birindən maraqlı rəqs nümunələrini nümayiş etdiriblər.
Şaxta baba və Qar qızın, o cümlədən cizgi film qəhrəmanlarının iştirakı isə uşaqların ovqatını daha da yüksəldib.
Arzu Əliyeva və Alena Əliyeva da uşaqların əyləncəsinə qoşulub, onların sevinclərini bölüşüblər.
Sonda 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə lazımi avadanlıqlar, balacalara isə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Həmçinin Arzu Əliyevaya balacaların adından xatirə hədiyyəsi təqdim edilib.

















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Uşaqların konstitusion hüquqları Ombudsmanın diqqətindədir