Konqo Demokratik Respublikasında naməlum xəstəliyin yayılması, kəskin qida çatışmazlığı kontekstində malyariya ilə ağırlaşan ümumi mövsümi xəstəliklərdən qaynaqlanır.
azturkxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilən hesabatda deyilir.
Xəstəliyin törədicisi AH1N1 qrip virusu və SARS-CoV-2 koronavirusudur.
Dekabrın 27-də Konqo Demokratik Respublikasının Milli Biotibbi Tədqiqatlar İnstitutu bildirib ki, söhbət mürəkkəb koinfeksiya hadisəsindən - bir hüceyrənin bir neçə növ virusla yoluxmasından gedir. Alimlər müəyyənləşdiriblər ki, Afrika ölkəsində bu payızda müəyyən edilən xəstəliyin törədicisi AH1N1 qrip virusu və malyariya patogenləri ilə qarşılıqlı təsir göstərən SARS-CoV-2 koronavirusudur.
Dekabrın əvvəlində ÜST, Konqod oktyabrın 24-dən bəri 400-dən çox insanın naməlum virusa yoluxduğunu, onlardan 30-dan çoxunun sağ qalmadığını bildirib. Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir. Ağır hallarda ciddi halsızlıq müşahidə olunur. Ən çox yoluxma hallarına əsasən beş yaşına qədər olan uşaqlarda rast gəlinir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Mövsümi qrip: yoluxma riski, peyvənd və düzgün müalicə - Səhiyyə Nazirliyindən açıqlama
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Qrip mövsümü başlayır. Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB