Cənubi Koreyada hökumət ölkədə 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra hava yollarının əməliyyatlarının ciddi təhlükəsizlik yoxlaması əmri verib.
“Yonhap” agentliyinin xəbərinə görə, Cənubi Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin Aviasiya Siyasəti Başçısı Joo Jong-van mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
O, Muan şəhərində dünən baş verən qəzaya səbəb olan eniş şassisindəki nasazlığın hava yolu şirkətinə aid başqa bir təyyarədə görünməsinin ardından “Jeju Air” aviaşirkətinə qarşı araşdırma başladıldığını açıqlayıb.
"Biz eniş mexanizmləri ilə bağlı insidentlərə cavab olaraq ciddi aviasiya təhlükəsizliyi yoxlamaları keçirməyi planlaşdırırıq”-deyən Joo əlavə edib ki, yerli hava yolları tərəfindən idarə olunan bütün Boeing 737-800 tipli təyyarələr bu yoxlamalara məruz qalacaq.
Xatırladaq ki, Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş zamanı idarəetmədən çıxması nəticəsində baş verən qəzada 179 nəfər həyatını itirib.
Səlahiyyətlilər qəzanın təyyarənin eniş şassasındakı nasazlığın səbəb olduğunu, ilk uçuşda təyyarənin eniş şassisi açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Cənubi Koreyada qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsində 179 nəfər ölüb - YENİLƏNİB-3
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür