Karter ailəsinin qurduğu “Karter” Mərkəzinin sosial media platformasında etdiyi yazılı açıqlamada bir əsri keçərək ABŞ-nın ən uzunömürlü prezidenti olduğu bildirilən Karterin bir ildən artıqdır ki, öz evində baxım altında olduğu paylaşılıb.
Donald Tramp Truth Social hesabında verdiyi açıqlamada Cimmi Karterə təşəkkür borcu olduğunu bildirərək belə paylaşım edib:
"Cimmi ölkəmiz üçün kritik bir zamanda gəldi və o, bütün amerikalıların həyatını yaxşılaşdırmaq üçün əlindən gələni etdi. Bunun üçün hamımız ona minnətdarıq."
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden Karterin xarakteri, cəsarəti və mərhəməti ilə tanınan bir lider olduğunu ifadə edərək əlavə edib ki, 9 yanvar 2025-ci il tarixində bütün ABŞ-da Milli Matəm Günü elan edilib.
1977-1981-ci illər arasında prezident vəzifəsini icra edən Karter ABŞ-nın xarici siyasətində, o cümlədən Yaxın Şərq problemləri kimi həssas mövzularda mühüm göstərişlər verib.
Ömrü boyu 32 kitab yazan və Nobel Sülh Mükafatına layiq görülən Karter Fələstində iki dövlətli həll cəhdləri ilə də tanınır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!