Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
azturkxeber.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında bildirilib. İcmalda qeyd edilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici müvafiq olaraq 2 ölkə çox və 1,1 milyon dollar (6,11 faiz) azdır.
Qeyd olunub ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. Cari ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
On bir ay ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,4 milyon dollarla Birləşmiş Krallıq, 3,5 milyon dollarla Lüksemburq, 826,1 min dollarla BƏƏ, 639,5 min dollarla Pakistan, 600,4 min dollarla Türkiyə qərarlaşıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır