azturkxeber.az
http://azturkxeber.az

Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib

29-12-2024

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət almış və Bakıya gətirilərək “Yeni Klinika”da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.

AzTurkxeber.az xəbər verir ki, başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Yeni Klinika”nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib. 
Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.

Mətbuat xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031