Almaniyanın Saksoniya əyalətinin Valdhaym şəhərində supermarketə naməlum maddənin yayılması nəticəsində 40-dan çox insan zərər çəkib.
azturkxeber.az "Spiegel" qəzetinə istinadla xəbər verir ki, polis ötən gün axşam saatlarında baş vermiş hadisə nəticəsində 41 nəfərin xəsarət aldığını bildirib. Onlar narahatlıq və tənəffüs yollarının qıcıqlanmasından əziyyət çəkdiklərini deyiblər. Həmin şəxslərin 15-i müayinə və müalicə üçün xəstəxanaya aparılıb.
Polis insan sağlamlığına ziyan vuran həmin maddənin müəyyənləşdirilməsi və onun supermarketdə necə yayılmasının aydınlaşdırılması üçün istintaqa başlayıb. Ticarət mərkəzi müvəqqəti olaraq bağlı elan edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Səssiz başlayan təhlükə: körpələrdə pnevmoniyanı necə vaxtında tanımalı?
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır