azturkxeber.az
http://azturkxeber.az

Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb

09-12-2024

 9 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni təyin olunmuş baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub. 

Azturkxeber.az -ın məlumatına görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.

Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm baş katibin diqqətinə çatdırılıb.Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031