Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə dekabrın 4-5-də Xəzər regionunun neft-qazlılığı və geoekoloji problemlərinə dair “Xoşbəxt Yusifzadə qiraətləri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan bildirilib ki, akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunan konfransın keçirilməsində məqsəd neft-qaz axtarışı sahəsində yeni elmi metod və texnologiyaların tətbiqinin, neft və qaz yataqlarının istismarında qarşıda duran texnoloji və ekoloji problemlərin müzakirə edilməsidir. “Xoşbəxt Yusifzadə qiraətləri” konfransında təcrübəli alimlərlə yanaşı, gənc mütəxəssislər də iştirak edəcəklər. Müxtəlif ölkələrdən olan mütəxəssislər neft və qaz geologiyasının aktual problemlərindən danışacaqlar.
Konfrans çərçivəsində Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursunun keçirilməsi nəzərdə tutulur. Konfransda 10-a yaxın ölkədən alim iştirak edəcək və 80-dən çox məruzə dinləniləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransı öz işinə başlayıb
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!