Dövlətlərin 2025-ci ildə yayımlanacaq iqlim böhranı ilə mübarizə üzrə yeni Milli Səviyyədə Töhfələr öhdəliyi mümkün qədər iddialı olmalıdır.
Bu fikri Azərbaycanda COP29-da iştirak edən Boğaziçi Universitetinin (İstanbul) İqlim Dəyişikliklərinin Öyrənilməsi və Ətraf Mühit Siyasətinin Həyata Keçirilməsi Mərkəzinin rəhbəri, professor Levent Kurnaz jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, iqlim böhranı ilə mübarizədə hələ də ən böyük maneə bu istiqamətdə səylərin könüllü xarakter daşımasıdır. “Heç kim dövlətləri iqlim böhranı ilə mübarizəyə fəal töhfə verməyə məcbur etmir, ona görə də qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması mövzusu artıq aktual deyil”, -deyə alim bildirib.
Mərkəz rəhbəri izah edib ki, Paris Sazişində göstərilən temperatur həddi artıq aşılıb. O əlavə edib: “Biz qlobal temperaturun 4 dərəcə Selsiyə qalxmasının qarşısını almaq üçün birgə addımlardan danışırıq”.
Professorun fikrincə, dövlətlərin milli öhdəliklərini tam həyata keçirəcəyi təqdirdə belə, yalnız 3 dərəcə Selsi istiləşməni dayandırmaq olar və bu, ən müsbət ssenaridir.
Levent Kurnaz qeyd edib ki, atmosferə istixana qazı emissiyalarının azaldılması üçün ekoloji reaksiya da alimlərin gözləntilərini doğrultmur. O qeyd edib: “Bərpa prosesi daha yavaş gedir. Cari il ölçmələr tarixində ən isti dövr olacaqdır”.
Ekspert vurğulayıb ki, iqlim dəyişikliyinin hazırkı tempi davam edərsə, Türkiyənin bir hissəsinin həyatın çox çətin olacağı zonaya çevriləcəyi də istisna edilmir. “Ölkəmizə on milyonlarla iqlim miqrantı gələcək. Bütün bunlar təcili və qəti addımlar atılmasını tələb edir”, - deyə alim vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3