Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Sazişin qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.
“Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada deyilir: “Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşü zamanı imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin 2024-cü il noyabrın 29-da qüvvəyə mindiyini elan etməkdən məmnuniyyət hissi keçiririk”.
Mətndə bu təşəbbüsün gömrük prosedurlarını asanlaşdırmaq, rəqəmsal məlumat mübadiləsini inkişaf etdirmək və tranzit müddətlərini qısaltmaqla, Türk dünyası arasında ticarəti asanlaşdırmağı hədəflədiyi vurğulanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib YENİLƏNİB-7
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB