Beynəlxalq sistem siyasi, hərbi, iqtisadi və ətraf mühitlə bağlı çətinliklər yaradır. Bu çətinliklərə qarşı kritik geosiyasi bir dövr yaşanır və getdikcə daha da dərinləşən bir qütbləşmə müşahidə olunur. Burada sistem bizi buna məcbur edir və bu da yeni ittifaqlara aparır. Nəticədə, beynəlxalq təhlükəsizlik strukturu getdikcə zəifləyir.
azturkxeber.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “TRT World 2024” forumunda səsləndirib.
Tədbir çərçivəsində təşkil olunan “Müharibə və nizam: Dəyişən dünyada geosiyasi dəyişikliklərə yön vermək” başlıqlı panel iclasda çıxışı zamanı Yaxın Şərq və Asiya-Sakit Okean bölgələrində silahlanmanın artdığına diqqət çəkən Fidan bunun dünyanı uçuruma, hətta nüvə müharibəsi təhlükəsinə apara biləcəyini deyib.
Nazir, eyni zamanda, texno siyasətlərin beynəlxalq tarazlığa təsir etdiyini, süni zəka və kibertəhlükəsizlik sistemlərinin də təhdidi artırdığını bildirib.
Son günlər Suriya ərazisində baş verən hadisələrə diqqət çəkən Hakan Fidan ölkəsinin Hələbdə davam edən qarşıdurmalara müdaxilə etmədiyini, Türkiyənin Suriya sərhədində lazımi tədbirlər gördüyünü vurğulayıb.
“Yeni köç dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, - deyə Hakan Fidan əlavə edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib