Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə 25-29 noyabr tarixlərində rəhbər heyətin mülki müdafiə kursları keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlanması” Qaydalarına və Fövqəladə Hallar Nazirliyinin 2024-cü il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirilməsinin Təqvim-Planına əsasən təşkil olunan kurslarda mərkəzi icra hakimiyyəti orqanlarından olan “Mülki Müdafiə qərargah rəisləri” və digər regional mərkəzlərin əhatə etdiyi ərazilər üzrə “Obyekt rəhbərləri” kateqoriyasından olan dinləyicilər iştirak edib.
Kursların keçirilməsində məqsəd idarə, müəssisə və təşkilatların rəhbər heyətinin mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində biliklərinin artırılması, onların fövqəladə hallar zamanı rəhbərlik etdikləri qurumun şəxsi heyətinin mühafizəsi üzrə effektli idarəetmənin həyata keçirilməsi olub.
Tədbirin sonunda dinləyicilərə kursları bitirmələri barədə sertifikatlar təqdim olunub.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Milli Məclisin iclasında
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB