2034-cü ildə futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion bəlli olub.
azturkxeber.az FIFA-nin rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda inşa olunacaq Kral Salman Stadionunda təşkil olunacaq.
2025-ci ildən inşasına başlanacaq və 92 mindən çox tamaşaçı tutumuna malik olacaq arena həmçinin mundialın açılış oyununu qəbul edəcək. Matçlar ümumilikdə 5 şəhərin 15 stadionunda reallaşacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət ünvanlayaraq namizədliyini irəli sürüb. Avstraliya və İndoneziya isə FIFA-ya rəsmi müraciət ünvanlasalar da, namizədliklərini verməkdən imtina ediblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib YENİLƏNİB-7
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib