İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyənin Qars Ticarət və Sənaye Palatası üzvlərinin Azərbaycana səfəri çərçivəsində görüş keçirilib.
Mərkəzdən bildirilib ki, görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin artırılmasının yolları haqqında danışıb. Eyni zamanda, o, işğaldan azad olunmuş ərazilərdə mövcud olan investisiya imkanları və dövlətin iqtisadi təşviq alətləri haqqında geniş təqdimatla çıxış edib.
İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov isə Azərbaycan məhsullarının ixracı və xarici ticarət tərəfdaşları ilə əlaqələrin qurulmasında portalın rolu barədə məlumat verib. O, “azexport.az” saytında təqdim olunan xidmətlər, xarici bazarlara çıxış üçün sahibkarlara göstərilən dəstək barədə danışıb.
Türkiyənin Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan və nümayəndə heyətinin digər üzvləri Qars vilayətində təmsil etdikləri biznes qurumları barədə məlumat verib və Azərbaycanla biznes və ticarət əlaqələrinin inkişafında maraqlı olduqlarını ifadə ediblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Bu il xarici bazarlara 142 milyon dollar dəyərində pomidor ixrac olunub
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu