Dekabrın 3-4-də Bakıda “Mastercard”la əməkdaşlıq çərçivəsində VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, forumun mövzusu etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan
Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.
İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.
Qeyd edək ki, 8 ildir forum sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı, maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan maliyyə bazarında ilk dəfə “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb