Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən bildiriblər ki, məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.
Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib