Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib.
azturkxeber.az xəbər verir ki, bu barədə Pakistanın Müdafiə və Aviasiya naziri Xavaca Asif sosial media hesabında bildirib. O qeyd edib ki, bu, Aviasiya Nazirliyinin Pakistan Mülki Aviasiya Təşkilatının gücləndirilməsinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq təhlükəsizliyə nəzarətin təmin edilməsinə tam diqqət yetirməsi nəticəsində mümkün olub.
Nazir bildirib ki, qadağanın aradan qaldırılması Pakistanın milli aviadaşıyıcısının özəlləşdirilməsinə kömək edəcək.
Xatırladaq ki, Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi 2020-ci ildə Pakistan Beynəlxalq Hava Yollarının Avropada fəaliyyətini qadağan etmişdi.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə baxış TƏHLİL
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib