Dünya Güləş Birliyi (UWW) 2024-cü il üçün yekun reytinq cədvəlini açıqlayıb.
azturkxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cədvəldə Azərbaycan güləşçilərinin də mövqeləri bəlli olub.
Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kiloqram) və Ülvi Qənizadə (72 kiloqram) öz çəki dərəcələri üzrə liderdirlər. Nihat Məmmədli (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə ikinci pillədə qərarlaşıblar.
Sərbəst güləşçilərdən yalnız Nürəddin Novruzov (61 kiloqram) ilk üçlükdə yer alıb. O, öz çəki dərəcəsi üzrə ikincidir.
Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kiloqram) məxsusdur.
Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
FHN komandasının üzvləri beynəlxalq yarışda uğurla çıxış ediblər
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib