Karolinska İnstitutunun tədqiqatçıları yaşlı əhali arasında demans riskinin azaldılmasında ürək-damar dərmanlarının əhəmiyyətli olduğunu deyib. Bu araşdırma nəticələri “Alzheimer’s & Dementia: The Journal of Alzheimer’s Association” jurnalında dərc edilib və ürək-damar xəstəlikləri ilə demensiyanın ictimai səhiyyə problemləri arasında əlaqəsini bir daha təsdiqləyib.
azturkxeber.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma İsveçdə 70 yaşdan yuxarı təxminən 88 min demans diaqnozu qoyulmuş şəxsin və 880 min nəfərlik nəzarət qrupunun məlumatlarını analiz edib. Tədqiqatın nəticələri göstərir ki, bəzi ürək-damar dərmanlarının uzunmüddətli istifadəsi (5 il və ya daha çox) antihipertenziv dərmanlar, xolesterini azaldan dərmanlar, sidikqovucular, qan durulaşdırıcılar demans riskini 25 faizədək azalda bilər. Bununla belə, antiplatelet dərmanlarının istifadəsinin demans riski ilə əksinə olaraq artan əlaqəsi aşkar edilib. Antiplateletlər trombositlərin birləşməsinin qarşısını almaq üçün istifadə olunur, lakin bu dərmanların beyində mikro qanaxmalar riskini artıra bilir. Bu da nəticədə idrak funksiyalarında azalmaya səbəb ola bilər.
Tədqiqatçılar demansın qarşısını almaq üçün yeni profilaktik strategiyaların vacibliyini vurğulayırlar. Onlar ürək-damar dərmanlarının təsir mexanizmlərini daha dərindən öyrənmək və randomizə edilmiş nəzarət edilən klinik sınaqlara üstünlük verməyi planlaşdırırlar. Bundan əlavə, pəhriz və həyat tərzi kimi amillərin demans riskinə təsiri ilə bağlı araşdırmalar davam etdiriləcək. Bu tədqiqat Karolinska İnstitutu və Lund Universitetinin əməkdaşlığı ilə həyata keçirilib və Karolinska İnstitutunun maliyyəsi ilə dəstəklənib. Bu tapıntılar demans üçün effektiv müalicələrin olmadığı müasir dövrdə xəstəliyin risklərini azaltmaq üçün vacib addımlardan birini təşkil edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq – Səhiyyə Nazirliyindən yeni texnologiya barədə açıqlama
Mövsümi qrip: yoluxma riski, peyvənd və düzgün müalicə - Səhiyyə Nazirliyindən açıqlama