İqlim dəyişikliyi və dəniz sularının çirkliliyi səbəblərdən nəsli kəsilmək təhlükəsi ilə üzləşən Qırmızı dənizin ağtipli qayalıq köpəkbalığı və uzunburunlu əyirici delfinləri sualtı kameraların obyektinə yaxalanıb.
Misirdə Qırmızı dənizdə mərcan riflərinin yaxınlığında yaşayan ağtipli rif köpək balıqları və uzunburunlu delfinlər su çirklənmələrindən, həddindən artıq balıq ovu, ov və qlobal iqlim dəyişikliyindən mənfi təsirlənir.
Son illərdə qlobal miqyasda orta ömrü 25 il olan 4 metr uzunluğundakı ağbaşlı rif köpəkbalığının yetkin fərdlərində 90 % azalma müşahidə edilmişdir.
Təxminən 2 metr uzunluğunda və 90 kiloqram ağırlığında olan və Qırmızı dənizin Şarm Əl-Şeyx bölgəsində yaşayan uzun burunlu əyirici delfinlər son günlər Hurghada bölgəsində görünüb. Bu növün yaşayış yerlərinin yaxın illərdə dəyişəcəyi gözlənilir.
Aralarında Türkiyə Sualtı İdmanları Federasiyasından olan dalğıcların da olduğu 26 nəfərlik heyət Misirin paytaxtı Qahirənin 600 kilometr cənubunda yerləşən Hurghadaya gedərək dalışlar zamanı dənizin nəsli kəsilmək təhlükəsi altında olan növlərin Qırmızı siyahısında olan iri məməlilərinin fotolarını çəkiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib