azturkxeber.az
http://azturkxeber.az

Maya Sandu: İlk dəfə olaraq Moldovanın Avropa Birliyinə üzv olmaq üçün real şansı var

27-11-2024

 “Tarixdə ilk dəfə olaraq Moldovanın Avropa Birliyinə üzv olmaq üçün real, nəzərəçarpacaq şansı var”.

azturkxeber.az Moldpres-ə istinadla xəbər verir ki, bu sözləri Kişineuda keçirilən Avropa İnteqrasiya Forumunun açılışında ölkə Prezidenti Maya Sandu deyib.

Dövlət başçısı qeyd edib ki, Moldova indi ölkə tarixində yeni səhifəni qeyd edir – Avropa İttifaqına daxil olmaq məqsədi Moldova Respublikasının Konstitusiyasında təsbit olunub.

“Anti-Avropa təbliğatına baxmayaraq, moldovalılar bütün dünyaya Avropa dəyərlərinin bizim dəyərlərimiz olduğunu göstərdilər, Moldova Respublikasının tarixində ilk dəfə olaraq vətəndaşlar Konstitusiya referendumunda qərar qəbul etdilər. Bu qərar bizim, övladlarımızın gələcəyi ilə bağlı qərardır”, - deyə Maya Sandu əlavə edib.

Prezident bildirib ki, Moldovanın son iki ildə Aİ-yə inteqrasiyası digər namizəd ölkələrlə müqayisədə daha yüksək olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930