Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın noyabrın 27-də keçirilən iclasında məlumat verib.
O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb.
Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib
Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib YENİLƏNİB