Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.
BDU-dan verilən məlumata görə, görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda “Yarımkeçirici cihazlar və mikroelektronika”, “Optoelektronika” və “Kvant elektronikası” kimi sahələrdə magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.
Qeyd edək ki, BDU ilə Çinin Anhui Universiteti arasında 2023-cü ildə “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı imzalanıb. Bu layihə Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi, BDU və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə əsasında icra olunur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB