Noyabrın 26-da Azərbaycan İdman Akademiyasında (AİA) məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, görüşdə ingilis dilində tədris prosesinin təşkili məsələləri geniş müzakirə edilib. Məşqçilik ixtisası üzrə təhsil proqramının yenilənməsinin vacibliyini vurğulayan gənclər və idman naziri Fərid Qayıbov tədrisin ingilis dilində aparılmasının zəruriliyi və bunu doğuran səbəblər, eləcə də tələbələrin dil bacarıqlarının inkişaf dinamikası ilə bağlı müəllimlərlə müzakirə aparıb. Daha sonra tədris prosesinin təşkilinin gedişi və tələbələri narahat edən məsələlərlə bağlı onların fikirlərini öyrənib.
Qeyd edək ki, gənclər və idman nazirinin təşəbbüsü ilə AİA-da ilk dəfə tədrisi ingilis dilində aparılan məşqçilik ixtisası üzrə qəbul həyata keçirilib. Bu pilot layihənin birinci tədris ilində tələbələrin ingilis dili və bacarıqlarının təkmilləşdirilməsi nəzərdə tutulub. İxtisas fənləri isə növbəti ildən tədris olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
"Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ulu Öndərin tarixi xidmətidir"-ZİYAFƏT ƏSGƏROV