azturkxeber.az
http://azturkxeber.az

Olaf Şolts Moskva ilə təmasları davam etdirmək niyyətindədir

26-11-2024

Almaniya Kansleri Olaf Şolts Ukrayna ətrafındakı vəziyyətlə bağlı Moskva ilə təmasları davam etdirmək niyyətindədir.

Olaf Şolts bunu ZDF telekanalına müsahibəsində deyib.

“Almaniya vətəndaşları buna ciddi yanaşmalıdır. Bu məsələ ilə məşğul olmaq lazımdır və mən bunu davam etdirəcəyəm”, - deyə Kansler Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının seçki kampaniyası ilə bağlı olub-olmadığı barədə jurnalistin sualına cavab verərkən bildirib.

Telefon danışığını “məsuliyyətli və zəruri” addım adlandıran Olaf Şoltsun sözlərinə görə, sonuncu söhbət səmimi alınmasa da, dialoqu davam etdirmək vacibdir və Berlin bu yolla Ukrayna böhranı ilə bağlı arqumentlərini təkrarlamaq imkanı qazanacaq.

Xatırladaq ki, noyabrın 17-də Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Olaf Şoltsla Vladimir Putin arasında səmimi və ətraflı telefon danışığının olduğunu bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930