Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.
Yolun bağlanmasına əlverişsiz hava şəraiti səbəb olub. Əraziyə intensiv qar yağıb, yollar buz bağlayıb.
Hazırda yolda 3000-dən çox yük və minik avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur. Sərhəd-keçid məntəqəsində Türkiyə, Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstana məxsus avtomobillər də var.
Qeyd edək ki, bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.