Ermənistan Astanada KTMT sammitində iştirak etməyəcək
Ermənistan KTMT-nin noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, Ermənistan nümayəndələri əvvəlcədən bəyan ediblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbuluna qarşı heç bir etirazları yoxdur.
“Rusiya KTMT-də fəal iştirakını dayandıran Ermənistanın müstəqil kursuna hörmətlə yanaşır. Bununla belə, İrəvan təşkilata üzvlüyünü saxlayır və KTMT-nin bütün tədbirlərində onun üzünə qapılar açıqdır”, - deyə Yuri Uşakov brifinqdə bildirib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib ki, de-yure, İrəvan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bununla da bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Fransa siyasi və diplomatik sahələrdə ölkəmizə qarşı qərəzli siyasətini davam etdirir-KAMİLƏ ƏLİYEVA
Konstitusiyanın qəbulu ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
KONSTİTUSİYAMIZ VƏ MİLLİ İDEOLOGİYAMIZ-ƏLİ HƏSƏNOV