azturkxeber.az
http://azturkxeber.az

Budapeşt Qərb və Şərq ödəniş sistemlərinin uyğunlaşdırılması prosesində halqaya çevrilir

26-11-2024

Çində səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Çin və Avropa arasında əməkdaşlıq tamamilə yeni ölçüyə keçə bilər və keçməlidir.

azturkxeber.az xəbər verir ki, onun sözlərinə görə, uğurun şərti Şərq və Qərb ödəniş sistemlərinin uyğunlaşdırılmasına nail olmaqdır.

“Sevindirici haldır ki, bu məqsədə Macarıstanın iştirakı və ölkənin texnologiyalarının köməyi ilə nail olmaq olar. Macarıstanın “Cardnet” şirkəti və Çinin “Macau Pass” şirkəti Asiya və Avropa ödəniş və hesablaşma sistemlərini birləşdirən ödəniş platformasının yaradılması haqqında saziş imzalayıblar”, - deyə nazir bildirib.

P. Siyarto II Çin Beynəlxalq “Təchizat Zənciri” Sərgisində (China International Supply Chain Exhibition - CISCE) iştirak etmək üçün Çində səfərdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930