Noyabrın 28-i saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə başlanılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, idman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən “portal.edu.az” saytı vasitəsilə aparılacaq.
Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.
Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda, məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclasında
Milli Məclisin iclasında