2024-cü təsərrüfat ilində ölkədə şəkər çuğundurunun istehsalında ciddi artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində 164.5 min ton şəkər çuğunduru yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5 faiz artıqdır.
Bu il Azərbaycanın 25 rayonunda şəkər çuğunduru əkilib. Ən çox əkinlər Hacıqabul (1328 hektar), Tovuz (1223 hektar) və Salyan (1030 hektar) rayonlarında qeydə alınıb. Hazırda sahələrdən şəkər çuğundurunun yığımı davam edir.
Noyabrın 20-nə olan operativ məlumata görə, şəkər çuğunduru üzrə orta məhsuldarlıq göstəricisi 400 sentner/hektardan artıqdır. Ölkəmizdə şəkər çuğundurunun əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilmiş və tədarükçü şirkətə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə fermerə 19 manat məhsul subsidiyası ödəniləcək.
Müasir suvarma sistemi quraşdırılmayan sahələrdə becərilən şəkər çuğundurunun hər tonuna görə isə fermerlər 18 manat məhsul subsidiyası alacaqlar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb
Operativ məlumat: Pambıq əkilmiş 16 rayondan 8-də orta məhsuldarlıq 34 sentnerdən yuxarıdır
Operativ məlumat: Pambıq yığımında rekord göstəricilər əldə olunur
Azərbaycanda 2000-ci ildən bəri pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb