Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ən çox səs toplayan iki namizəd dekabrın 8-də keçiriləcək ikinci turda üz-üzə gələcək.
Seçki qutusunun exit-polllarına görə, hökumətin əsas ortağı Sosial Demokrat Partiyasının (PSD) dəstəyini alan Baş nazir Marsel Çiolaku səslərin 25 faizini alaraq ikinci tura çıxan ilk namizəd olub.
Mərkəz sağçı Rumıniyanın Birliyini Xilas Partiyasından Elena Laskoni 18 faiz, Kalin Georgesku 16 faiz və ifrat sağçı Rumınların Birliyi Alyansının (AUR) lideri George Simion isə 15 faiz səs toplayıb.
Dekabrın 8-də keçiriləcək ikinci turda Çiolakunun rəqibinin bu üç namizəddən biri olacağı gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqı və NATO üzvü olan Rumıniyada 9-cu seçkidə qalib gələn şəxs növbəti 5 il ərzində ölkənin prezidenti olacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Dekabr ayına olan hava proqnozu açıqlanıb