Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən 2024-cü ilin ötən dövrü ərzində ümumilikdə 600 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 272 nəfəri işğaldan azad olunmuş ərazilərin sakinləridir.
Nazirlikdən verilən məlumata görə, kurslar kompüter operatoru, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, tikiş avadanlıqlarının operatoru, tikişçi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, genişprofilli dəzgahçı, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və digər peşələri əhatə edir.
Hazırda mərkəzdə 110 nəfərin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Qarabağ Peşə Hazırlığı Mərkəzində bu il 600 nəfər peşə hazırlığına cəlb olunub
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib