Fransanın paytaxtı Parisin simvollarından olan dünyaca məşhur Notr-Dam kilsəsi dekabrın 7-də yenidən açılmağa hazırlaşarkən Papa Fransiskdən gözlənilməz bir addım gəlib. Xristian dünyasının ruhani lideri Papa açılışa qatılmaqdan imtina edib.
Vatikandan verilən açıqlamada, 88 yaşlı Papanın dekabrın 15-də "Aralıq dənizində xalq təqvası" adlı konfransın bağlanışı üçün Fransanın Korsika adasındakı Ajaccio şəhərinə gedəcəyi bildirilib. Papanın dəvəti rədd etməsi Parisdə böyük sürprizə səbəb olub. Vatikana yaxın mənbələr Papanın daha məşhur və ehtiyac duyulan yerlərə getməyə üstünlük verdiyini, buna görə də əhalisinin 90 faizinin katolik, 18 faizinin isə yoxsulluq həddinin altında yaşadığı adaya getməyi seçdiyini açıqlayıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisin simvollarından biri olan məşhur Notr-Dam kilsəsi 15 aprel 2019-cu ildə baş verən yanğında ciddi ziyan görüb. Kilsə bərpa işlərinin orijinala sədaqətlə aparılmasından 5 il sonra-dekabrın 7-də yenidən açılacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Notr-Damda 2019-cu ildən bəri ilk dəfə kilsə zəngləri çalındı
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib YENİLƏNİB-2
Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir