Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib.
İdarədən verilən məlumata görə, görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Əsaslı Tikinti və Təchizat İdarəsinin məktəbəqədər təhsil müəssisələrində apardığı monitorinqlərin nəticələri, idarəetmədə səmərəliliyin artırılması, təlim-tərbiyə prosesinin təşkili, qida təhlükəsizliyi və digər vacib məsələlərdən bəhs edib.
Müdir müavini məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara əməl olunması vəziyyəti, tədris proqramlarının tələblərinin yerinə yetirilməsi, qrupların təşkili normaları, davamiyyət, bağçalar üzrə normativ-hüquqi sənədlərin işlənməsi ilə bağlı fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Görüşdə uşaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, bağça-icma münasibətlərində səmərəliliyin artırılması və digər məsələlər barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Milli Məclisin iclasında
Milli Məclisin iclasında
Uşaqların konstitusion hüquqları Ombudsmanın diqqətindədir