azturkxeber.az
http://azturkxeber.az

Mediatorlara və mediasiya təşkilatlarına onlayn qaydada necə müraciət etmək olar?

25-11-2024

 

Mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya edilib. Bu proses Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun Mediasiya Şurası ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilib. 

Belə ki, Vahid Məhkəmə Portalında “Mediatorlar” bölməsi yaradılıb. Artıq vətəndaşlar mediatorlar və mediasiya təşkilatları barədə məlumatları “Vahid Məhkəmə Portalı”ndan əldə edə bilərlər. Həmçinin mediasiya prosesində iştirak üçün elektron formada müraciət edə və Mediasiya Şurasının hesabatları ilə tanış ola bilərlər.

Bu funksiyalardan istifadə imkanlarını nəzərdə tutan video təlimatla https://www.youtube.com/watch?v=h6mF_MyJnYw linkə keçid edərək tanış olmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930