İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb. Vulkan 3 km yüksəkliyə kül sütunu atıb.
azturkxeber.az xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
İndoneziya fövqəladə hallar xidməti zirvəsi dəniz səviyyəsindən 1335 metr yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb. Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda olan əraziyə getməməyə və açıq havada olarkən maskalar taxmağa çağırıb.
İndoneziyada 130-a yaxın aktiv vulkan var. Noyabrın əvvəlində Flores adasında Levotobi vulkanının püskürməsi nəticəsində 10 mindən çox yerli sakin təxliyə edildi və 9 nəfər öldü.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
İndoneziyada vulkan püskürməsi Baliyə 30 aviareysin ləğvinə səbəb olub