Mari Antoinette üçün hazırlanmış və "dünyanın ən məşhur saatı" olaraq xarakterizə edilən saat London Elm Muzeyində sərgilənəcək. Versal sərgisi çərçivəsində dekabrın 12-də qapılarını açacaq sərgi “Elm və əzəmət” mövzusu ilə ziyarətçilərə təqdim olunacaq.
1783-cü ildə Abraham-Louis Breguetə Fransa kraliçası üçün qeyri-məhdud büdcəyə saat yaratmaq tapşırılır. Saat yalnız 1827-ci ildə Fransız İnqilabı səbəbindən tamamlanır. Mari Antuanetta 1793-cü ildə əsərin tamamlanmasını görə bilmədən inqilabçılar tərəfindən öldürülür.
823 hissədən ibarət olan bu saat yaqut, sapfir, platin və qızıl kimi materiallardan hazırlanıb və şəffaf kristal siferblatla mürəkkəb mexanizmlərini nümayiş etdirir.
Saat 1887-ci ildə Spenser Bruntona satılana qədər Breguetdə qalıb. 1920-ci illərdə David Lionel Salomons kolleksiyasına daxil olur və Qüdsdəki LA Mayer İslam İncəsənəti Muzeyində sərgilənir. 1983-cü ildə oğurlanan saat 2008-ci ildə Londonda ortaya çıxır. Elm Muzeyi Qrupunun Direktoru Ser Ian Blatchford saatın mühəndislik və gözəllik hissini mükəmməl şəkildə əks etdirdiyini söyləyib
Sərgi dekabrın 12-dən aprelin 21-dək davam edəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Dövlət Bayrağı Muzeyində Vətən müharibəsinə həsr edilən “Zəfər qalereyası” adlı ekspozisiya sərgilənir
Azərbaycanın zəfərə doğru uzanan qürurlu yolu