Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.
Təlim uçuşlarının keçirilməsində başlıca məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir.
Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Hərbi pilotlarımızın peşəkarlığı artırılır - VİDEO
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri