Yapon alimin rəhbərlik etdiyi beynəlxalq komanda dəniz suyunda yüksək dayanıqlı və bioloji parçalana bilən yeni plastik növünün hazırlanması barədə məlumat verib.
azturkxeber.az xarici mətbuata istinadla xəbər verir ki, yaradıcıların iddia etdiyinə görə, təkrar emal edilə bilən bu plastik ətraf mühitin çirklənməsini və dünya okeanında mikroplastikin yığılmasını azaltmağa kömək edir.
“RIKEN” Təbiət Elmləri İnstitutunun Yaranan elmi məsələlər Mərkəzindən Aida Takudzonun rəhbərlik etdiyi tədqiqat qrupu Amerikanın “Science” elmi nəşrində tədqiqatların nəticələrini dərc edib.
Qrup qazıntı yanacaq növlərindən hazırlanan ənənəvi plastikləri əvəz edə biləcək materialın yaradılması üzərində işləyirdi.
Tədqiqatçılar polipropilenlə eyni məhkəmlikdə və istiliyə davamlılığa malik olan, rəngsiz və şəffaf yeni plastik növü tapdıqlarını bildiriblər.
Yeni material supramolekulyar plastik adlandırılıb və bu, “strukturları potensial geri çevrilə bilən, qarşılıqlı təsirlərlə qorunan polimerlərdir”.
Aida Takudzonun sözlərinə görə, yeni plastik növü mikroplastik istehsal etmədən təkrar emala və bioloji parçalanmaya məruz qala bilər. Alim, həmçinin bu materialın çoxlu müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyinə də ümid etdiyini bildirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bu gün şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Alimlər bioloji parçalana bilən plastik mateial hazırlayıblar
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib