Çinin Siçuan Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən verilən məlumata görə, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Hüseyn Həsənov çinli nümayəndə heyətinə universitetin strateji hədəflərindən söz açıb. O, qonaqlara UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, əcnəbi tələbələrin universitetə cəlb olunması, fənlərin beynəlxalq akkreditasiyası, xarici ali məktəblərlə əlaqələrin genişləndirilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən danışıb.
Siçuan Universitetinin Prezident ofisinin direktor müavini professor Du Xiao təmsil etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. O, Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsinin qarşılıqlı təcrübə mübadiləsi və elmi əməkdaşlıq baxımından önəmli olduğunu vurğulayıb.
Görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair razılıq əldə olunub.
Müzakirələrdən sonra çinli qonaqlar UNEC-lə tanış olublar. UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev onlara universitetdəki rəqəmsal tədris prosesi və imtahanların təşkili, Bloomberq maliyyə laboratoriyası, distant tədris və s. barədə məlumat verib. Çinli nümayəndə heyəti UNEC-in tədris prosesində tətbiq etdiyi rəqəmsallaşmanı yüksək qiymətləndirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”