COP29 çərçivəsində “Qazaxıstan” pavilyonunda “Karbon neytrallığına gedən yolda Qazaxıstan şəhərlərinə dəstək” adlı tədbir keçirilib.
Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev çıxışında 2060-cı ilə qədər karbon neytrallığına nail olunmasının vacibliyini vurğulayıb və bu prosesdə şəhərlərin əsas rolunu qeyd edib.
Tədbirdə Qazaxıstanın karbon neytrallığına nail olmaqla bağlı iddialı məqsədləri təqdim edilib və onların şəhər səviyyəsində həyata keçirilməsi yolları müzakirə edilib.
Dövlət orqanları, beynəlxalq təşkilatlar və Qazaxıstan şəhərlərinin nümayəndələri də daxil olmaqla iştirakçılar davamlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi aparıblar.
İstixana qazlarının emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı milli məqsədlərə nail olunmasında şəhərlərin roluna xüsusi diqqət yetirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”